mahnısı oxunmuşdur

someone’s song is sung / the game is up for someone / someone’s goose is cooked его песенка спета
mahiyyətini açmaq
mahnısı oxunub
OBASTAN VİKİ
Xalq mahnısı
Xalq mahnısı — xalqın yaddaşında qorunub saxlanılan, bizim günlərdə də öz aktuallığını itirməyən musiqi janrı. Xalq mahnıların qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, yeni nümunələrin meydana gəlməsi, onların nota yazılıb araşdırılması bütün bunlar ifaçıların, bəstəkar və musiqişünasların qarşısında duran mühüm məsələlərdəndir. Azərbaycan xalq musiqisi Muğam Anacan (xalq mahnısı) Səyavuş Kərimi. Azərbaycan xalq mahnıları, 2 cildə: I cild, II cild. Bakı: "Öndər", 2005. Azərbaycan musiqişünaslarının tədqiqatlarında xalq musiqisinin janr təsnifatı. "Musiqi dünyası" jurnalı. Azərbaycan tarixi mahnılarının nota salınmış yeni nümunələri. "Musiqi dünyası" jurnalı.
Adrenalina (Senit mahnısı)
Adrenalina — San-Marinonun 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Senhit 2021 Avroviziya Mahnı Müsabiqəsində San-Marinonu "Adrenalina" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında 22-ci pillədə qərarlaşmışdır.
Again (Yui mahnısı)
"Again" (アゲイン, Agein, azərb. "Yenə"‎) — Yaponiya pop-rok müğənnisi və mahnı yazıçısı Yuinin 13-cü, 2008-ci ilin noyabrından sonra isə ilk sinqlı. "Again" Studioseven Recordings səsyazma studiyası tərəfindən 3 iyun 2009-cu ildə iki formatda — CD və CD+DVD formatlarında yayımlanmışdır. Sinql Oricon Weekly Single Chart-ının 4-cü bir nömrəli sinqlı olmuşdur. Sinql 2009-cu ildə ilk həftəsində ən çox satılan sinql olmuşdur, əvvəlki rekord isə Ayumi Hamasakinin "Rule/Sparkle" (95.000 nüsxə) olmuşdur. == Arxaplan == 25 mart 2009-cu ildə Yui öz rəsmi veb-saytında yenidən musiqi həyatına geri qayıtdığını açıqlamışdır. Bir başqa veb-saytda isə onun "Again" adlı yeni mahnı üzərində işlədiyi bildirilmişdir. "Again" mahnısı daha sonra "Fullmetal Alchemist: Brotherhood" anime serialının 1–14-cü seriyalarında açılış mahnısı kimi istifadə olunmuşdur.
Alive (Sia mahnısı)
Alive (azərb. Canlı‎) — Avstraliya müğənnisi və mahnı müəllifi Sianın This Is Acting albomundan olan baş sinqldır. Mahnı Sia, Adel və Tobias Cessi tərəfindən yazılmışdır. == Fon == 2015-ci ilin sentyabrında Sia "This Is Acting‍‍" albomunun baş sinqlının ayın axırında çıxarılacağı və mahnının əslində Adel üçün yazılmış olduğunu açıqladı. O, qeyd edir ki, "mahnı Adelin həyatı haqqındadır" və "Adelin səs imkanları üçün yazılmışdır". Sonradan o, Rayan Sikrestə bildirir ki, mahnı Adelin 2015-ci ildə çıxarılması nəzərdə tutulan albomu üçün yazılsa da, son anda Adel mahnıdan imtina etmişdir. Daha sonra isə, mahnı Rihannaya təklif olunmuş və o da, mahnını oxumaqdan imtina etmişdir. == Çıxarılması == 21 sentyabr 2015-ci ildə Sia rəsmi Twitter hesabında məlumat yayaraq sinqlın 25 sentyabrda çıxarılacağına işarə etdi. 23 sentyabrda mahnının 15 saniyəlik hissəsi Sianın rəsmi Vevo hesabı vasitəsiylə yayımlandı və sinqlın çıxış tarixi bir gün qabaq — 24 sentyabr olaraq göstərildi. Daha sonra Sia Twitter vasitəsiylə məlumat yayaraq sinqlın 24 sentyabr günü səhər tezdən çıxarılacağını bildirdi.
Anacan (xalq mahnısı)
Anacan - Bir çox Azərbaycan ifaçıları tərəfindən oxunmuş Azərbaycan Xalq mahnısı. Azərbaycan xalq mahnısı kimi tanınan bu əsərin, sözləri Aydın Cəfərova, musiqisi isə Rizvan Əzimova aiddir. Hər iki müəllif həvəskar şair və bəstəkar olduqları üçün tanınmamışlar və əsərləri də xalq mahnısı kimi məşhurlaşmışdır. Aydın Cəfərov və Rizvan Əzimov Masallı rayonunun Şərəfə kəndində yaşamış və vəfat etmişlər. Aydın Cəfərovun bir çox şeirləri əlyazma şəklində ailəsi tərəfindən hələ də saxlanılır. Bu musiqidə səsin dəyişilməsi həm melizmlərdə, həm də musiqi mətnində ifadəsini tapır. === Mahnının sözləri === "Anacan" Anacan, bağrımı qan eyləmişəm mən, Gözlərimi giryan eyləmişəm mən. Bir ala gözlü yarın eşqi yolunda, Öz canımı qurban eyləmişəm mən. Nəqərat: Anacan, ağrın alım. Anacan, başına dönüm Qoy dolanım mən, mən, mən, mən.
Bones (Equinox mahnısı)
Bones (azərb. Sümüklər‎) — Bolqarıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Equinox qrupu "Bones" mahnısı ilə Bolqarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Bolqarıstanın 2016 və 2017 Avroviziya mahnılarını ərsəyə gətirən Boris Milanov, Yoakim Persson və eyni zamanda Trey Kempbell və Daq Lundberq tərəfindən bəstələnmişdir.
Durnam (xalq mahnısı)
== Haqqında == Xalq mahnısı daha çox Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynovun özünəməxsus tərzdə ifasıyla məşhurlaşmışdır. Sonralar mahnını Alim Qasımov, Səxavət Məmmədov, Təyyar Bayramov kimi məşhur xanəndələr ifa etmişdir. == Sözləri == Dilbər telin daramı, (bəzən: Qara telin daramı) Yoxdur könlüm aramı! (bəzən: Yoxdur könül aramı!) Sən ki, təbib deyildin, Neyçün açdın yaramı? Durnam! Sən haralısan sormam, (bəzən: sorma!) Mən buralarda durmam! Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım) Gəl sinəm üstə, Durnam! Yaralı Durnam! Qarpız kəsdim yeyən yox, Vallah dərdim bilən yox! (bəzən: dərdimi) Yarım mənlə barışıb, (bəzən: Mən yarımla barışdım) Gözün aydın deyən yox!
Forever (Alekseev mahnısı)
Forever (azərb. Əbədi‎) — Belarusun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Alekseev "Forever" mahnısı ilə Belarusu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Kırılo Pavlov və Evhen Matyuşenko tərəfindən bəstələnmişdir.
Heartbeat (Yusts mahnısı)
Heartbeat (azərb. Ürək döyüntüsü‎) — Latviyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Yusts Sirmays "Heartbeat" mahnısı ilə Latviyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Latviyaya 2015 Avroviziya Mahnı Müsabiqəsində 6-cı yeri qazandıran müğənni-bəstəkar Aminata Savadoqo tərəfindən bəstələnmişdir.
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Korun Mahnısı (1961)
== Məzmun == Televiziya kinorolikində müğənni və aktyor Məmmədəli Əliyev Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasından Kor ərəbin mahnısını İçəri şəhərin fonunda ifa edir. == Film haqqında == Bu kinoçarx Azərbaycan klipinin ilkin variantıdır.
Laçın (xalq mahnısı)
== Sözləri == Laçın Araz axar lil ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə Bağçaları sarı gül, Yarı qönçə, yarı gül. Gec açıldın, tez soldun, Olmayaydın barı, gül. Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Yeri-yeri nişan yar, Yeni eşqə düşən yar, Elçiləri qırılmış... Özü elçi düşən yar! Alma atdım nar gəldi, Kətan köynək dar gəldi Qapıya kölgə düşdü, Elə bildim yar gəldi. Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Su atdım yara dəydi Əlim divara dəydi. Dilim mənim qurusun, (bəzən: Dilim ağzım qurusun) Nə dedim Yara dəydi. Ey əlim oda yansin Pərvanə o da yansın Mən yandım yar üzündən Eşitsin o da yansın Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın...
Radio (Rammstein mahnısı)
Radio — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun gözlənilən adsız yeddinci studiya albomunun ikinci sinqlıdır. 24 aprel 2019-cu il tarixində "Rammstein" musiqi qrupunun rəsmi "YouTube" kanalında 26 saniyə uzunluğunda, ağ-qara rəngli, içərisində "Kraftwerk" musiqi qrupuna istinadlar olan bir promo videosu yayımlanmışdır. Videonun sonunda 26 aprel 2019-cu il tarixi, eləcə də «Radio» sözü görünür. Mahnının tam klipi iki gün sonra – 26 aprel 2019-cu il tarixində Mərkəzi Avropa vaxtı ilə saat 23:00-da yayımlanmışdır. Buna baxmayaraq, mahnı 25 aprel 2019-cu il tarixində Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da əvvəlcədən müəyyənləşdirilmiş radiostansiyalarda səsləndirilmişdir. Promo videosunun çəkilişləri Berlin şəhərində gerçəkləşdirilmişdir və rejissoru Yörn Haytmanndır. «Radio» musiqi videosu — YouTube «Radio» — Discogs saytında.
Replay (Tamta mahnısı)
Replay (azərb. Təkrar oynat‎) — Kiprin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tamta "Replay" mahnısı ilə Kipri İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarları Aleks Papakonstantinu, Qeraldo Sandell, Viktor Svensson, Albin Nedler, Kristoffer Foqelmark tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012 və 2018-ci illərdə Kiprin Avroviziya mahnılarını yazmışdır.
Skeletons (Dihaj mahnısı)
Skeletons (azərb. Skeletlər‎) - azərbaycanlı müğənni DiHaj tərəfindən ifa edilmiş mahnı. Müğənni bu mahnı ilə, Azərbaycanı Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 11 mart 2017-ci ildə təqdim edilən mahnı, 15 mart 2017-ci ildə rəqəmsal yükləməyə çıxarılmışdır. Mahnı, 2011-ci ildə Azərbaycana qələbə gətirmiş Running Scared mahnısının da müəllifləri olan İsa Məlikov və Sandra Byurman tərəfindən yazılmışdır. DiHajın Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi 5 dekabr 2016-cı ildə təsdiqlənmişdir. 11 mart 2017-ci ildə DiHajın ifa etdiyi "Skeletons" mahnısının musiqi videosu təqdim edilmişdir. Müsabiqənin finalında Diana "Skeletons" mahnısı ilə 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 120 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Stones (Zibbz mahnısı)
Stones (azərb. Daşlar‎) — İsveçrənin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Zibbz dueti "Stones" mahnısı ilə İsveçrəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Zibbz duetinin üzvləri Korin və Sti Qfeller ilə Kanadalı bəstəkar Laurell Barkerin əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Anti-dedovşina və diskriminasiya mövzusunda yazılan mahnıda "daşlar" (ing. stones) metafor şəklində müxtəlif alçaldıcı sözləri, təhqirləri əvəz edir.
Storm (SuRie mahnısı)
Storm (azərb. Fırtına‎) — Böyük Britaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. SuRie "Storm" mahnısı ilə Böyük Britaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Britaniyalı bəstəkarlar Nikol Bler, Qil Lyuis və Şon Harqrivs tərəfindən yazılmışdır.
Taboo (Kristabel mahnısı)
Taboo (azərb. Tabu‎) — Maltanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Kristabel Borq "Taboo" mahnısı ilə Maltanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Conni Sançez, "Euphoria" mahnısının bəstəkarı Tomas Cison, ifaçı Kristabel Borq və maltalı bəstəkar Muxunun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Technicolour (Monten mahnısı)
Technicolour (azərb. Texnorəng‎) — Avstraliyanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Monten ölkə televiziya kanalı SBS tərəfindən daxili seçimlərlə 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək hüququ qazandı. Uzun müddətdir hazırlanma prosesi gedən mahnı 5 Mart 2021 tarixində ictimaiyyətə paylaşıldı. 2 Aprel 2020 tarixində Avstraliya televiziya kanalı SBS Monteni təmsilçi kimi seçdi. Monten Avstraliyanı 18 May tarixində keçiriləcək 1-ci yarım final mərhələsində təmsil edəcək.
Torpağın Mahnısı (1980)
Film Salyan bölgəsinin pambıqçılarından danışır.
Yaylıq (xalq mahnısı)
Yaylıq — Azərbaycan Xalq mahnısı. Duet şəklində oxunur. Mahnı məhəbbət mövzusundadır. "Yaylıq" QIZ: Anamdan bir yaylıq aldım, Heç bilmirəm harda saldım. Səndədirsə, ver yaylığı, Yaylıq salar ayrılığı, gülüm, Gözəl oğlan, ver yaylığı. Yaylıq salar ayrılığı, yarcan, Gözəl oğlan, ver yaylığı. OĞLAN: Yaylığını tanı, ay qız, Məndə yaylıq hanı, ay qız? Kim deyir yaylıq məndədir? Bəlkə qalıb, çəməndədir, ay gözəl, Gəl axtar, tap yaylığını. QIZ: Ay kələkbaz oğlan, oğlan, İnciyərəm səndən, inan.
Voices (Tass mahnısı)
"Voices" (azərb. Səslər‎) — Konqo əsilli ifaçı Tusent Maykl Çayzanın(Səhnə adı ilə sadəcə-Tass) mahnısı. İsveç sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində, məhz bu mahnı ilə uğurla təmsil olunmuşdur. R&B, soul janrlı, Tass tərəfindən ifa edilən "Voices" mahnısının sözləri və bəstəsi, Anders Vrefav, Coy Deb, Cimmi "Coker", Lıneya Deb və Törnfelt tərəfindən ərsəyə gəririldi. Mahnının mövzusu və hədəf olaraq göstərdiyi əsas məqam, hər zaman uzaq və çətin coğrafiyalarda yaşayan insanları unutmamaq və uzaq məsafələri "Birgə oxumaqla" aradan qaldırmaqdır. İfaçı mövzuya təşbehlə başlayır. O, yağmuru atəşə bənzədir və nə qədər uzaqlarda olmasına baxmayaraq, insanların acısını hiss edə bilir. Sosial mediada, irqi ayrı-seçkiliyin qurbanı olaraq təhqirlərə məruz qalan Tass, "Voices" mahnısındakı "Hər zaman yardıma ehtiyacı olan biri var, bəs sən onun səsini eşidirsənmi?" sualı ilə, "Mənlik" duyğusunu qətiyyətlə rədd edir. "Voices" mahnısı İsveç Səsyazma Sənayesi Assosiasiyası tərəfindən, platin sertifikatına layiq görülmüşdür. "Voices" mahnısı İsveçin ənənəvi musiqi yarışması olan Melodifestivalen 2021-də, Tass tərəfindən səsləndirilmiş və adıçəkilən seçim yarışmasının sayca 61-ci qalibi olmuşdur.
Azərbaycan xalq mahnısı
Azərbaycan xalq musiqisi — Azərbaycan və onun Avropa və Asiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur. == Tarixi == Azərbaycan xalq mahnılarının elmi tədqiqi bu janrın yüzlərlə nümunələrini toplayıb nəşr etdirmək işi ilə sıx bağlıdır. Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin bu istiqamətdə göstərdikləri ilk təşəbbüs 1930-cu illərdə böyük səylə davam etdirilmişdir. Xalq musiqi nümunələrinin toplanılması sayəsində Bülbülün yaratdığı və rəhbərlik etdiyi elmi təqdiqat musiqi kabinetinin fəaliyyəti xüsusilə təqdirə layiqdir. Kabinetin işinə gənc bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Asəf Zeynallı, Səid Rüstəmov, Tofiq Quliyev cəlb olundular və həm ekspedisiyalar zamanı, həm də stasionar şəraitdə xanəndələrin sazəndələrin, aşıqların, zurna ifaçılarının repertuarından külli miqdarda xalq musiqi numunələri və dastanlar yazıya köçürüldü. Azərbaycanın bir sıra zonalarına (Qarabağ, Lənkəran, Nuxa, Gəncə, Quba) habelə qonşu Ermənistan və Gürcüstanın azərbaycanlılarla məskunlaşdırılmış rayonlarına) təşkil olunan uzunmüddətli ekspedisiyalar olduqca səmərəli keçdi. 1930-cu illərdə həmçinin xalq musiqisi nümunələrinin (mahnı, oyun havaları və rənglərin) nota yazılması və nəşri sayəsində təqdirəlayiq işlər görüldü. 1938-ci ildə nəşr olunmuş “50 Azərbaycan el mahnıları” məcmuəsinə Cabbar Qaryağdıoğlu oxuduğu mahnılar daxil olmuşdursa, A. Əliverdibəyovun təqdim etdiyi nümunələr daha sonralar nəşr olunmuş mahnı toplularında yer aldı.
Goodbye (The Humans mahnısı)
Goodbye (azərb. Sağ olun‎) — Rumıniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. The Humans qrupu "Goodbye" mahnısı ilə Rumıniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi The Humans qrupunun üzvləri Matei Aleksandru və Alin Neaqoeyə, sözləri isə qrupun vokalisti Kristina Karamarkuya aiddir.
Gravity (Hoviq Demirciyan mahnısı)
Gravity (azərb. Qravitasiya‎) — Kiprin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ovik Dəmirçyan "Gravity" mahnısı ilə Kipri Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır.